SON DƏQİQƏ

Bakıda NATO-nun təlimi keçirildi - Foto

Tarix:

21-09-2018, 20:30

/ 10 322 dəfə oxundu.
Bakıda NATO-nun təlimi keçirildi - Foto

Bakıda NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramı çərçivəsində Azərbaycan Ordusunun helikopter cütlüyünün birinci səviyyəli özünüqiymətləndirmə təlimi keçirilib.

Müdafiə Nazirliyindən GunAz.az-a verilən məlumata görə, təlim zamanı cütlüyün təchizatı, avadanlığı, rabitə vasitələri və digər zəruri əməliyyat imkanlarının NATO standartları və tələbləri ilə uyarlılıq səviyyəsi, sülhməramlı qüvvələr tərkibində, eləcə də müxtəlif əməliyyatlar zamanı taktiki tapşırıqların icrası qiymətləndirilib.

Cütlüyün qiymətləndirilməsi NATO-nun monitorinq qrupu və Türkiyə Respublikasının HHQ-nin mütəxəssisləri tərəfindən izlənilib.

 

Bakıda NATO-nun təlimi keçirildi - Foto

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ