SON DƏQİQƏ
» » Eldar Əzizov yüksək vəzifəli məmuru işdən çıxartdı

Eldar Əzizov yüksək vəzifəli məmuru işdən çıxartdı

Tarix:

20-09-2018, 22:30

/ 10 377 dəfə oxundu.
Eldar Əzizov yüksək vəzifəli məmuru işdən çıxartdı

Bakı şəhər İcra Hakimiyyətinin aparat rəhbəri Rasim Quliyevişdən çıxarılıb. Bununla bağlı icra başçısının səlahiyyətlərini icra edən Eldar Əzizov sərəncam imzalayıb. 
GunAz.az xəbər verir ki, bu barədə avropa.info-ya meriyadakı mənbələrdən məlumat daxil olub.
R.Quliyev 1970-ci ildə Naxçıvan MR-in Şahbuz rayonunda doğulub. Azərbaycan Neft Akademiyasını bitirib. Xalq hərəkatının fəal iştirakçısı, mərhum prezident Heydər Əliyevin qatı tərəfdarlarından olub. Məhz H.Əliyevin göstərişi ilə R.Quliyev gənc yaşlarında yüksək vəzifəyə təyinat alıb – 31 yaşlı Quliyev Bakı şəhər İcra Hakimiyyətinin ərazi idarəetmə şöbəsinin müdiri təyin edilib. Buna qədər isə R.Quliyev "Səs” qəzetnin baş redaktor müavini və 30 saylı DSK-nın (Səbail) sədri olub. 
18 il şəhər təsərrüfatının rəhbərliyində işləyən R.Quliyev meriyanın aparat rəhbərinə qədər yüksəlib.
 
R.Quliyev həm də "Səs" İnformasi Agentliyinin rəhbəri Bəhruz Quliyevin qardaşıdır.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ