SON DƏQİQƏ

Qanunsuz ov edən şəxs saxlanılıb

Tarix:

20-09-2018, 12:45

/ 10 262 dəfə oxundu.
Qanunsuz ov edən şəxs saxlanılıb

Qanunsuz ov edən şəxs cərimələnib.

DİN-dən GunAz.az -a verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən sentyabrın 19-da Lənkəran rayonunda “Qızılağac” qoruğunun ərazisində qanunsuz ov etdiyinə görə Masallı rayon sakini Muxtar Orucov saxlanılıb. Ondan müvafiq sənədləri olmayan, nömrəsi silinmiş “Baykal” markalı ov tüfəngi, 13 ədəd patron, 9 ədəd giliz, 1 ədəd kəmər (patron qatarı) və 4 ədəd çöl quşu götürülüb.

M.Orucov barəsində İnzibati Xətalar Məcəlləsinin 272-ci maddəsi (balıq və digər su bioresurslarının mühafizəsi və ov qaydalarının pozulması) ilə protokol tərtib edilib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ