SON DƏQİQƏ

Şeyx: Aşura günündə bunu etmək olmaz

Tarix:

20-09-2018, 12:40

/ 10 376 dəfə oxundu.
Şeyx: Aşura günündə bunu etmək olmaz

“Aşura günündə baş yarmaq, zəncir vurmaq olmamalıdır”.

GunAz.az publik -ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə qanvermə aksiyasında bildirib.

Onun sözlərinə görə, bu gün ədalətin bərpa edildiyi və şəhidlərin yad olunduğu gündür: “Bütün Azərbaycan və dünya müsəlmanlarına başsağlığı verirəm. artıq illərdir ki, bu gün qanvermə aksiyası keçirilir. Biz qan verməklə başqalarına can veririk. Bununla İmam Hüseyn (s) vəsiyyətinə əməl edirik. Aşura günü baş yarmaq, zəncir vurmaq olmasa yaxşıdır. Buna imam Hüseyn də razı olmazdı”.

QMİ sədri bildirib ki, bu gün Azərbaycanda qəbul edilən fitvalar məhdudiyyət kimi təqdim edilir: “Bizim fitvamızda uşaqlarla bağlı məqamlara da toxunulub. Azərbaycanda bu günün qeyd edilməsi ilə vağlı məhdudiyyət yoxdur. Baxmayaq ki, qəbul etdiyimiz fitvanı məhdudiyyət kimi qəbul edirlər. Lakin Prezident İlham Əliyev dindarlar üçün şərait yaradıb. Keçən il Hacıcavad məscidi tikildi, bu yaxınlarda prezidentlə məsləhətləşdik və Fatimeyi Zəhranın məscidini prezidentin öz vəsaiti hesabına inşa etdirmək istəyirik. Məhərrəmlikdən sonra tikintiyə başlanılacaq. Azərbaycanda başqa dinlərə olan münasibət yüksək səviyyədədir. Kilsələr təmir olunur. Bunlar dini münasibətlərin yüksək olmasının göstəricisidir".

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ