SON DƏQİQƏ

Paşazadə "Təzə Pir" məscidində qan verdi

Tarix:

20-09-2018, 12:13

/ 10 379 dəfə oxundu.
Paşazadə "Təzə Pir" məscidində qan verdi

Aşura günü ilə bağlı Təzəpir məscidində qanvermə aksiyası keçirilib.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclisin deputatı Cavanşir Paşazadə, ölkədə fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri də aksiyaya qoşulublar.

GunAz.az xəbər verir ki, QMİ sədri "Təzə Pir" məscidində qan verib.

Qeyd edək ki, 24 rayonda (28 yerdə) keçirilən qanvermə aksiyasının 20-si məscidlərdə, 8-i isə Mərkəzi Xəstəxana şəraitində həyata keçirilir. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.

Xatırladaq ki, Miladi təqvimi ilə sentyabrın 11-i Məhərrəm ayı başlayıb. Oktyabrın 11-də başlayacaq Səfər ayı Miladi təqvimi ilə noyabrın 8-də başa çatacaq.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ