SON DƏQİQƏ

1233 nəfərdən 554 litr qan toplandı

Tarix:

20-09-2018, 11:59

/ 10 302 dəfə oxundu.
1233 nəfərdən 554 litr qan toplandı

“Bu gün saat 10-a olan məlumata görə, Aşura günü ilə əlaqədar keçirilən qanvermə aksiyasında 1233 nəfər qan verib. Nəticədə 554 litr qan toplanıb”

GunAz.az xəbər verir ki, bu sözləri Publika.az -a Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Hematologiya və Qanköçürmə İnstitutunun direktoru Zöhrə Əlimirzayeva deyib. Onun sözlərinə görə, bu il qanvermə aksiyasında iştirak edənlərin sayında artım müşahidə edilir:

“Bu il qanvermə aksiyası təşkil edilən məntəqələrin sayında artım müşahidə olunur. Səhər saat 9-dan başlayan qanvermə aksiyasında vətəndaşların iştirak sayı hər dəqiqə artır. Bu il 28 məntəqədə, eləcə də Mərkəzi Qan Bankında qanvermə aksiyası təşkil olunub. Bakı şəhərində 10 məsciddə, 14 saylı birləşmiş şəhər xəstəxanası və 20 saylı poliklinikada da əlavə olaraq qanvermə aksiyası baş tutacaq. Bundan başqa daha 16 bölgədə qanvermə aksiyası təşkil edilib. Həm Mərkəzi Qan Bankının bölmələri olan Lənkəran, Gəncə, Mingəçevir, Quba, Bərdə ilə yanaşı Ağsu, Göyçay, Biləsəvur, Cəlilabad, Beyləqan və Masallıda da aksiya keçiriləcək. Rayonlarda 10 məscid, 4 xəstəxana və Mərkəzi Qan Bankının 2 bölməsində qanvermə aksiyası keçirilir. Bölgələrdən alınan ilkin məlumatlara görə, səhər saatları olmasına baxmayaraq qan verənlərin sayı ötən illərlə müqayisədə çoxdur”.

Z.Əlimirzayeva bildirib ki, bu gün qanvermə aksiyası sonuncu müraciət olana qədər davam etdiriləcək:

“Toplanan qan Bakı şəhəri Mərkəzi Qan Bankında yoxlanıb daha sonra hemofliya, talassemiya, leykozdan, eləcə də digər ağır xəstəliklərdən əziyyət çəkən, ehtiyacı olan xəstələrə vurulacaq. Biz vətəndaşlara müraciət edirik ki, yalnız Aşura günü deyil, hər il qan versinlər. İl ərzində kişilər 5, qadınlar 4 dəfə qan verə bilər. Bununla həm onların orqanizmində qan hüceyrələri yenilənir, həm də insanlara kömək etmiş olurlar. Bu işin mənəvi tərəfi olduqca önəmlidir. Qanvermədə iştirak edən hər kəsə təşəkkür edirik”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ