SON DƏQİQƏ
» » Yunus Oğuzdan yeni tarixi roman – “Səfəvi şeyxi”

Yunus Oğuzdan yeni tarixi roman – “Səfəvi şeyxi”

Tarix:

17-09-2018, 21:28

/ 10 413 dəfə oxundu.
Yunus Oğuzdan yeni tarixi roman – “Səfəvi şeyxi”

 

 Yazıçı-publisist, dramuturq, tarixçi alim Yunus Oğuz “Səfəvi Şeyxi” adlı yeni tarixi romanını tamamlayıb.

Romanda Şeyx Səfidən başlayaraq Şeyx Cüneydə qədər olan şeyxlərin hər biri xatırlanıb.

Xatırladaq ki, Şeyx Cüneydin dövrü Azərbaycan xalqı üçün ən maraqlı dövrdür. Ona qədər Ərdəbil şeyxləri siyasətlə maraqlanmaz, yalnız dini işlərlə məşğul olardılar. Lakin dövlət qurmağı qarşısına məqsəd qoyan Şeyx Cüneyd ətrafında toplanan müridləri müharibə etmək üçün silahlandırmağa başladı. 

Romanda Azərbaycan xalqının təşəkkülündə  və siyasi tarixində mühüm rol oynamış Ağqoyunlular, regionda nüfuzlu bir dövlət qurmağa qadir olan Qaraqoyunlu dövləti yer alır, Uzun Həsənin və Cahangir Mirzənin anası, Azərbaycanın ilk diplomat qadını Saray Xatundan bəhs edilir. Həmçinin burada 1453-cü il İstanbulun fəthinə də toxunulub.

Qeyd edək ki, roman əsasən ilk dəfə olaraq sünnü təriqətindən şiə təriqətinə keçən Şeyx Cüneyddən bəhs edir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ