SON DƏQİQƏ
» » Ham səmalarında Azərbaycanın bayrağı dalğalandı

Ham səmalarında Azərbaycanın bayrağı dalğalandı

Tarix:

17-09-2018, 16:07

/ 10 415 dəfə oxundu.
Ham səmalarında Azərbaycanın bayrağı  dalğalandı

GunAz.az xəbər verir ki, hər il olduğu kimi bu il də Ham səmalarında Azərbaycanın bayrağı  dalğalandı.

Hər il ənənəvi olaraq keçirilən Ham şəhər bayramında Azərbaycan Belçika Dostluq Cəmiyyəti olaraq Azərbaycan təmsil edildi. Müxtəlif millətlərin adət-ənənə və mədəniyyətinin tanıdıldığı bayramda Azərbaycanın da adət-ənənə və mədəniyyəti tanıdıldı. A.B.C.D  rəhbəri Ayhan Demirçi Ham bələdiyyəsinin tərtib etdiyi şəhər bayramı adət-ənənə və əyləncə proqramına 7 dəfə dəvət edildikləri üçün məmnuniyyətlərini bildirdi.                                                            

Dərnək rəhbəri Ayhan Demirci Ham şəhər festivalına qatılma ilə əlaqəli işlər haqqında məlumatlar verdi: ‘’Dəmirci Ham bələdiyəsi daxilində vəzifə icra edən Uyum Məclisi/Integratieraad məsuliyyətli şəxs və bölgə məsuliyyətli şəxs rəhbəri Daisy Zaenen, Yasemin Soysal ve Meryem Demircanla baş verən görüşdə şəhər adət-ənənə və əyləncə proqramı haqqında bizə verilən məlumatlar daxilində işlərə başladıq” dedi.

İki stendlə qatıldığımız Ham şəhər bayramında Azerbaycan Tarix, adət-ənənə və mədəniyyətini bir şəkildə izah etmək ve tanıtmaq üçün hazırladığımız Flamanca tanıtım kitablarını paylayaraq Belçikalılar’a ve bölgədə olan digər xarici şəxslərə Azərbaycan’ın tanıdılmasında kömək etmək üçün  hədiyyə etdik .

Sərgi bölümünə ayrılan ilk stentdə Azərbaycan adət-ənənə və mədəniyyətini izah edən video göstərilərək iştirakçılara Azərbaycanı tanıtmışlar. Ayrıca stendimizin sərgi bölümündə olan mədəniyyət və turizmə aid tanıdıcı kitap, CD, broşura, Milli geyimlər və aksesuarlarda iştirakçılara təqdim edilmişdir.

Bizlərə ayrılan ikinci stendimizdə isə Azərbaycan mətbəxinə aid yemək və şirniyyat növlərini iştirakçılara təqdim etmişlər. Azərbaycan mətbəxinə aid olan Yarpaq dolması, börək növləri, ətli yemək, sup, aş, şirniyyat növləri festival iştirakçılarına təqdim edildi.

Azərbaycan və Azərbaycan mədəniyyəti haqqında çox məlumatlarının olmadığını bildirən festival iştirakçılarına Azərbaycan Belçika Dostluq Cəmiyyəti rəhbəri olaraq Azərbaycanın tarixi, mədəniyyəti, və coğrafiyası haqqında geniş məlumat verildi.

 

Ayhan Demirci

 

Ham səmalarında Azərbaycanın bayrağı  dalğalandı

 

Ham səmalarında Azərbaycanın bayrağı  dalğalandı

 

Ham səmalarında Azərbaycanın bayrağı  dalğalandı

 

Ham səmalarında Azərbaycanın bayrağı  dalğalandı

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ