SON DƏQİQƏ
» » Bakıdakı möhtəşəm paradın BİRLİK GÖRÜNTÜLƏRİ

Bakıdakı möhtəşəm paradın BİRLİK GÖRÜNTÜLƏRİ

Tarix:

16-09-2018, 08:39

/ 10 296 dəfə oxundu.
Bakıdakı möhtəşəm paradın BİRLİK GÖRÜNTÜLƏRİ

Bu gün Azadlıq meydanında Bakının bolçevik-daşnak qüvvələrindən azad edilməsinin 100 illiyi münasibətilə hərbi parad keçirilib. Paradda Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan, Azərbaycan birinci vitse-prezidenti Mehriban Əliyeva və hər iki dövlətin rəsmi nümayəndələri iştirak ediblər.

GunAz.az xəbər verir ki, 2016-cı ilin aprelində Füzuli, Cəbrayıl, Ağdərə, Tərtər rayonlarında və bu yaxınlarda Naxçıvan Muxtar Respublikasında bir çox strateji yüksəklikləri azad edərək min hektarlarla ərazinin nəzarətə götürülməsində xüsusilə fərqlənən hərbi hissələrin döyüş bayraqları da bugünkü parada gətirilib.

Cəmşid Naxçıvanski adına hərbi liseyin, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantlarından, Bakı Qarnizonu zabitlərindən ibarət parad heyəti tribunanın önündən keçiblər.

Meydana Türkiyə Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları, Əməliyyat İmkanları Konsepsiyası və Əməliyyat Ehtiyatları taborlarını təmsil edən parad heyəti, Xüsusi Təyinatlı Qüvvələrin və Dəniz Piyadaları bölmələrinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının hərbi qulluqçuları daxil olublar.

Daha sonra Bakı Qarnizonunun birlik, birləşmə və hərbi hissələrinin xüsusi texnikaları və silah sistemlərinin keçidi olub.(“Qafqazinfo”)

Fotolar: Nuran Məmmədov

 

 

 

 

 

 

 

 

 

 

 

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ