SON DƏQİQƏ

"Bu möhtəşəm qərardır" - Fazil Mustafa

Tarix:

10-09-2018, 22:48

/ 10 290 dəfə oxundu.
"Bu möhtəşəm qərardır" - Fazil Mustafa

"Bakının işğaldan azad olunmasının 100 illiyində, yəni 15 sentyabrda hərbi parad keçirilməsi möhtəşəm bir qərardır, nəhayət ki, bu mövzuda buzların sınmasıdır, böyük türk əsgərinə haqqı çatan dəyərin verilməsidir".

GunAz.az xəbər verir ki, bu barədə millət vəkili Fazil Mustafa bildirib.

Onun sözlərinə görə, belə bir qərarın qəbul edilməsi sevindiricidir: "Unutmayaq, Azərbaycanı, Bakını Azərbaycan əsgəri ilə birlikdə türk əsgəri xilas edib, burada mindən artıq şəhid veriblər, erməni vandallarından qisasımızı alıblar. Onların ruhu qarşısında biz də Azərbaycan dövləti olaraq, millət olaraq borcumuzu hər zaman xatırlamalıyıq, şükranlığımızı ortaya qoymalıyıq. 15 sentyabrda hər birimiz fərdi qaydada da olsa, Şəhidlikdəki türk əsgərinin məzar-abidəsini ziyarət etsək yaxşı olardı. İndi qaldı milli qəhrəmanımız Nuri Paşanın adının məhz Azərbaycanda əbədiləşdirilməsi məsələsini həll etmək, inanıram ki, bu hadisənin də yaxın zamanlarda şahidi olacağıq".

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ