SON DƏQİQƏ
» » Türkiyə Cumhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan cənablarına

Türkiyə Cumhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan cənablarına

Tarix:

4-09-2018, 22:15

/ 10 357 dəfə oxundu.
Türkiyə Cumhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan cənablarına

MÜRACİƏT

 

Böyük və tarixi şəxsiyyətləri yaradan həmişə hər an Sizin kimi dəyərli insanlar, həyatda nadir tapıntı və qiymətli xəzinədir.

Çox hörmətli Rəcəb Tayyib Ərdoğan!
Bütün Azərbaycan xalqı kimi biz Cəlilabadlılar televiziya və mətbuatı diqqətlə izləyir və 
Sizin Azərbaycan və Türkiyə xalqları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi üçün 
necə böyük töhfələr verməyinizin şahidi oluruq. Siz qardaş Azərbaycan xalqının işğal olunmuş Qarabağ və digər işğal altında olan torpaqlarımızdan erməni faşistlərinin çıxarılması üçün Beynəlxalq aləmdə necə çalışmağınızı görürük. Ona görə də bütün Azərbaycan xalqı Sizi qəhrəman kimi görür, qardaş kimi qarşılayır. Azərbaycan-Türkiyə qardaşlığına necə böyük önəm verməyinizi qiymətləndiririk. Biz belə hesab edirik ki, Siz bütün türk və müsəlman dünyasının təəssübkeşi olmaqla 21- ci əsrin ikinci bir Mustafa Kamal Atatürküsünüz, Siz Amerika və onun kimi ədalətsiz digər dövlətlərin saxta erməni soyqrımına dair apardıqları ədalətsiz siyasətə qarşı çox çevik siyasət aparır və adekvat addımlar atırsınız ki, bu da bizim xalqımız üçün böyük bir fəxrdir. Və əlbəttə tərəfimizdən böyük rəğbətlə qarşılanmaqdadır. Biz bütün müsəlman və türk vətəndaşlarına bir daha müraciət edərək sizin qədər-qiymətinizi yaxşı bilməklərini xahiş edirik. Belə hesab edirik ki, Siz və ümumilikdə bütün Türkiyə cənab İ. H. Əliyev və həmçinin Azərbaycan xalqı ilə yanaşı olacaqsınız. Və işğal olunmuş torpaqlarımızın azad olunmasında öz qardaşlıq köməkliyinizi göstərəcəksiniz. “İki dövlət bir millət” sözünü həmişə deyən ulu öndərimiz və Mustafa Kamal Atatürkə Allah hər iki böyük şəxsiyyətlərə rəhmət eləsin.
Yaşasın Azərbaycan və Türkiyə qardaşlığı, yaşasın İlham Heydər oğlu Əliyev və Sayn Rəcəb Tayyib Ərdoğan cənabları və onların arasındakı qardaşlıq. Ulu Tanrımız müsəlman dünyamızı şərr qüvvələrdən qorusun. Arzu edirik həmişə mehriban olasınız.
Bir olan Allahımız Sizi qorusun.
Müraciətin müəllifi Kərbəlayi Nadir Böyükxan oğlu. Haqqa Aşiq, həm də qulu.

 Cəlilabad rayon,

"Dövlətçiliyə dəstək Mərkəzi"nin sədri
Hüseynov Əzizağa Minəxan oğlu

 

Cəlilabad rayon,

"Dövlətçiliyə Dəstək Mərkəzi"nin sədr müavini
Mirzəyev Nadir Böyükxan oğlu

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ