SON DƏQİQƏ
» » Toylarda yemək verilməsə narazı qalarsınızmı? - VİDEOSORĞU

Toylarda yemək verilməsə narazı qalarsınızmı? - VİDEOSORĞU

Tarix:

29-08-2018, 17:44

/ 10 496 dəfə oxundu.
Toylarda yemək verilməsə narazı qalarsınızmı? - VİDEOSORĞU

Ötən həftə Naxçıvanda dəbdəbəli toylara qadağa qoyulacağı barədə təsdiqlənməmiş məlumat yayıldı. Məlumata görə, sentyabrın 1-dən etibarən Naxçıvandakı toylarda qonaqlara ancaq çay və şirniyyat təklif olunacaq.

Bu xəbərin nə qədər doğru olub-olmaması aydınlaşdırılmasa da, mövzu günlərdir müzakirə edilir. 

Qeyd edək ki, Naxçıvanda yas mərasimlərində israfçılıqla bağlı qadağada əhali tərəfindən müsbət qarşılanmışdı. Bunun toylara da tətbiq ediləcəyi ilə bağlı məlumat da var. 

Bəs görəsən, bir çox xarici ölkələrdə olduğu kimi toylarda yemək veriləməsə, qonaqlar sadəcə çay və şirniyyatla kifayətlənərmi? İnsanlar toydan nə dərəcədə razı ayrılar? Ümumiyyətlə, vətəndaşlar bu qadağa ilə bağlı nə düşünür?

Musavat.com-un müxbiri paytaxt sakinləri arasında videosorğu keçirib və “Toyda yemək verilməsə narazı qalarsınızmı?” sualı ilə vətəndaşlara müraciət edib.

Respondentlərin əksəriyyəti yemək süfrəsi olmadan toyun keçirilməsi fikrinə qarşı çıxıb və belə olacağı halda toydan narazı ayrılacaqlarını bildiriblər. 

Daha ətraflı təqdim etdiyimiz videosorğudan izləyə bilərsiniz.

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ