SON DƏQİQƏ

Qazaxa gedərkən itkin düşən qadın tapılıb

Tarix:

19-08-2018, 14:35

/ 10 251 dəfə oxundu.
Qazaxa gedərkən itkin düşən qadın tapılıb

Avqustun 7-də Tərtər rayonundan avtobusla Qazaxa gedərkən yolda naməlum şəraitdə itkin düşən qadın tapılıb.

GunAz.az report.az-a istinadən xəbər verir ki, 1989 -cu il təvəllüdlü Hüseynova Könül Pünhan qızı yolda avtobusdan düşərək mağazaya getdiyini deyib, lakin geri qayıtmayıb.

Yaxınlarının bildirdiyinə görə, qadının itkin düşməsi barədə xəbəri oxuyan şəxs onun Bərdə rayonunda olduğu barədə polisə məlumat verib. Rayon Polis şöbəsinin əməkdaşları qadını taparaq ailəsinə təhvil veriblər.

Qadının ruhi xəstə olduğu bildirilir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ