SON DƏQİQƏ
» » “Ucuz market”dən məhsul alan müştəri ŞOKA DÜŞDÜ

“Ucuz market”dən məhsul alan müştəri ŞOKA DÜŞDÜ

Tarix:

12-08-2018, 19:14

/ 10 524 dəfə oxundu.
“Ucuz market”dən məhsul alan müştəri ŞOKA DÜŞDÜ

Sumqayıtda müştəri ilə market satıcısı arasında gərginlik yaşanıb.

GunAz.az xəbər verir ki, buna səbəb mağazada satılan məhsulun xarab çıxması olub. Hadisə şəhərin 9-cü mikrorayon ərazisində yerləşən “Ən ucuz market” adlanan ticarət obyektində baş verib.

Sumqayıt sakini Bəhruz İsmayılovun saytımıza deməsinə görə, mağazadan bir qutu İran istehsalı olan xurma alıb. Lakin evə getdikdən sonra məhsulun xarab olduğunu görüb. Buna qədər isə xurmanın bir neçəsini yeyib.

“Baxıb gördüm ki, altda olan xurmaların hamısı kiflənib. Marketə döndüm satıcı ilə aramızda mübahisə yaşandı. Ondan müdiriyyətin telefon nömrəsini tələb etdim. Məni aldadıb başqa nömrə verdi. Bu azmış kimi çox sakit halda məhsulu dəyişəcəyini dedi. Elə bil, heç nə olmayıb. Maraq üçün, mənə verdiyi digər xurmanın qutusunu açdım, şoka düşdüm. Orada da eyni vəziyyətin şahidi oldum” – Sumqayıt sakini deyir.

Bəhruz bəy buna görə market sahibinin məsuliyyət daşıdığını deyir və cəzalanmasını istəyir:

“Təsəvvür edin, insanlar bu xurmaları yeyir və nəticədə zəhərlənir. Allah qorusun, həyatını itirən də ola bilər. Mənə təsir edən odur ki, çox rahat şəkildə məhsulu dəyişəcəyini deyir. Üstəlik, həmin xurma da xarab çıxır”.

Qeyd edək ki, ölkədə fəaliyyət göstərən “ucuz” adlı marketlərdə bu kimi hallar bir neçə dəfə yaşanıb.

Bəhruz İsmayılov xarab olmuş məhsulun fotolarını çəkib  Minval.info-ya göndərib.

скачать dle 12.1

Şərhlər