SON DƏQİQƏ
» » Azərbaycan xaricə yeni məhsul ixrac etməyə başladı

Azərbaycan xaricə yeni məhsul ixrac etməyə başladı

Tarix:

10-08-2018, 15:58

/ 10 284 dəfə oxundu.
Azərbaycan xaricə yeni məhsul ixrac etməyə başladı

Dünyada “Made in Azerbaijan” markasını təmsil edən “Sumqayıt Texnologiyalar Parkı” (STP) daha bir ilkə imza atıb.

Sumqayıt Texnologiyalar Parkından GunAz.az-a verilən məlumata görə, Azərbaycanda ilk dəfə olaraq xarici bazara yanğına davamlı “halogen-free” kabel məhsullarının ixracını həyata keçirib.

Müəssisə Qazaxıstanın ərazisinə və əhalisinə görə ən böyük şəhərlərindən biri olan Qızıl Ordada yeni “Kyzylorda Plaza” layihəsinin icrası üçün böyük həcimdə kabel məhsulları ixrac edib.

Qeyd edək ki, ümumi sahəsi 30 min kvadrat metr ərazidə inşa edilən “Kyzylorda Plaza” Qazaxıstanın ən iri alış-veriş mərkəzlərindən biri olacaq.

Xarici bazarda məhsulları ilə geniş yer alan müəssisə ümumilikdə kabel ixracı ilə bağlı Gürcüstan, Qazaxıstan, Tacikistan və Qırğızıstan ilə iri məbləğdə müqavilələr bağlayıb. Hazırda imzalanmış müqavilələr icra edilməkdədir.

STP gələcəkdə Asiya bazarına olan əməliyyatlarını artırmaq, həmçinin Qərbi Avropa və Afrika bazarlarına da daxil olmağı hədəfləyir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ