SON DƏQİQƏ

Kirpiklərinizi bu üsullarla uzadın

Tarix:

6-08-2018, 22:58

/ 10 261 dəfə oxundu.
Kirpiklərinizi bu üsullarla uzadın

Uzun kirpiklərə sahib olmaq bütün xanımların istəyidir. Bir neçə sadə üsulla daha uzun kirpikləriniz ola bilər.

GunAz.az həmin üsulları təqdim edir.
Vazelin

Barmağınızla bir miqdar vazelin götürün və kirpiklərinizə vurun. Hər axşam yatmazdan əvvəl və makiyaj etdikdən sonra istifadə etsəniz, 10 həftə içində daha uzun kirpiklərə sahib ola bilərsiniz.

Zeytun yağı

Makiyajınızı təmizlədikdən sonra hər gecə zeytun yağından istifadə edin. Tərkibində E və K vitaminləri olduğu üçün kirpikləriniz bir müddət sonra daha parlaq və uzun olacaq.

Hindistan qozu yağı

Hindistan qozu yağından kirpiklərinizlə yanaşı saçlarınızın daha sağlam və parlaq olması üçün də istifadə edə bilərsiniz. 2 yemək qaşığı Hindistan qozu və 1-2 damcı lavanda yağını qarışdırdıqdan sonra kirpiklərinizə vurun. 4-5 həftədən sonra nəticəsini görəcəksiniz.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ