SON DƏQİQƏ

Zooparkın ərazisi böyüdüləcək

Tarix:

2-08-2018, 20:35

/ 10 383 dəfə oxundu.
Zooparkın ərazisi böyüdüləcək

Bakı Zooloji Parkı təmirə bağlanacaq.
GunAz.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında parkın direktoru Azər Hüseynov bildirib.
Onun sözlərinə görə, zooparkdakı heyvanların köçürülməsi üçün hazırda işlər həyata keçirilir:
"Zoopark ərazisi iki hektar artırılır. Qaradağ rayonunda heyvanların müvəqqəti saxlanılması üçün yer hazırlanır. Heyvanlar buradan çıxarılan zaman onlara uyuşdurucu iynələr vurulacaq, yatırdılacaq və həmin əraziyə köçürüləcək”.
Azər Hüseynov qeyd edib ki, zooparkın ərazisi təmir olunduqdan sonra heyvanlar yenidən əraziyə qaytarılacaq:
"Parkın ərazisi dörd hektara çatdırılacaq ki, bu zaman ayının, şirin, tülkünün yeri böyük və təbiətdə yaşadığı yerə uyğun olacaq. Bu istiqamətdə işlər davam etdirilir. Heyvanları köçürmək çətin olduğu üçün payız aylarında nəzərdə tutulub”.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ