SON DƏQİQƏ
» » Naxçıvanda “təcili yardım” maşını istehsal olunacaq

Naxçıvanda “təcili yardım” maşını istehsal olunacaq

Tarix:

1-08-2018, 19:38

/ 10 396 dəfə oxundu.
Naxçıvanda “təcili yardım” maşını istehsal olunacaq

Naxçıvan Avtomobil Zavodunda avqust ayından etibarən təcili tibbi yardım avtomobilləri istehsal ediləcək. 
GunAz.az-ın məlumatına görə, hazırda müəssisədə premium sinif avtomobillərinin yeni modelləri istehsal olunur.
Zavodda "NAZ-Lifan-330” modelində olan avtomobillərin istehsalı həyata keçirilir. Müştəri rəğbəti qazanan yolsuzluq avtomobili sayılan X60 modelində olan avtomobillər isə yeni dizaynda daha da təkmilləşdirilmiş formada yığılır. Zavodda istehsal olunan premium sinif avtomobillərin yeni modellərində müəyyən dəyişikliklər aparılıb. Belə ki, bu yeni model avtomobillər əvvəlkilərdən fərqli olaraq həm avtomat, həm də mexaniki sürət qutusu ilə təchiz olunub. Bu da müştərilərə geniş seçim imkanı verir.
Yaxın günlərdə zavodda "Lifan”ın yeni 650 modelinin də istehsalı nəzərdə tutulub. Bu da avtomobil sənayesində yeni keyfiyyət dəyişikliklərinin yaranmasına imkan verəcək.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ