SON DƏQİQƏ
» » Kimlər işsizlikdən sığorta ödənişi ala biləcək? - RƏSMİ AÇIQLAMA - VİDEO

Kimlər işsizlikdən sığorta ödənişi ala biləcək? - RƏSMİ AÇIQLAMA - VİDEO

Tarix:

31-07-2018, 21:58

/ 10 557 dəfə oxundu.
Kimlər işsizlikdən sığorta ödənişi ala biləcək? - RƏSMİ AÇIQLAMA - VİDEO

İşini itirən şəxslər işsizlikdən sığorta ödənişi alacaqlar.

GunAz.az Xezerxeber.az-a istinadən məlumat verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işsizlər və işəgötürənlərə müraciət edib. Bildirilir ki, müəssisənin ləğvi, işçilərin sayının ixtisar edilməsi nəticəsində işini itirmiş və aidiyyəti rayon və ya şəhərdə Məşğulluq Mərkəzində işsiz kimi qeydiyyata alınmış şəxslər işsizlikdən sığorta ödənişini almaq hüquqlarına malikdirlər.

Əmək müqaviləsinə xitam verilən və işsiz kimi qeydiyyata alınmış şəxslər azı 3 il sığorta stajına malik olduqda onlar sığorta ödənişini ala bilərlər.

Nazirliyin şöbə müdiri Elnur Süleymanov işini itirmiş şəxslərin bu barədə məlumatsız olduqlarından narahatdır və onların vaxt itirmədən təhkim olunduqları müvafiq qurumlara müraciət etmələrini tövsiyə edir.

İşsizlikdən sığorta ödənişi almaq hüququ olanlar qeydiyyatda olduqları rayon (şəhər) üzrə Məşğulluq Mərkəzinə müraciət edə bilərlər.

Gunaz.az Xezerxeber.az-a istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ