"Cümhuriyyət-100" TAM-ın təqdimatında-VİDEO

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ölkəmizdə silsilə tədbirlərlə qeyd olunur. Bu münasibətlə “İstanbul Azərbaycan Mədəniyyət Evi” dərnəyinin ölkəmizə səfəri təşkil olunub. Məqsəd iyulun 16-da“Turan Araşdırma Mərkəzi” İB tərəfindən təşkil edilən “Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi”nə həsr edilmiş elmi-praktik konfransda iştirak etməkdir.Konfrans iştirakçıları əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət ediblər. “İstanbul Azərbaycan Kültür Evi”nin sədri Hikmət Elp və Türkiyədən gələn nümayəndə heyəti ümummilli liderin məzarı önünə gül dəstələri düzüblər. Görkəmli oftomoloq-alim Zərifə Əliyevanın da məzarı ziyarət olunub.

Turan Araşdırma Mərkəzi" İctimai Birliyinin sədr müavini Cavid İsmayıl qonaqlara ətraflı məlumat verib. Ümummili lider Heydər Əliyevin məzarı önündə xatirə şəkili çəkdirən qonaqlar daha sonra Fəxri Xiyabanda dəfn olunan bir sıra görkəmli şəxslərin məzarlarını ziyarət ediblər. Əllərində Türkiyə və Azərbaycan bayraqları, həmçinin "100 yaşın kutlu olsun Azərbaycan" şüarı olan plakatla xatirə şəkilləri çəkdirən qonaqlar Fəxri Xiyabandan böyük təssüratlarla ayrılıblar.

 Konfrans iştirakçıları Şəhidlər Xiyabanına gələrək torpaqlarımız uğrunda canlarından keçən şəhidlərimizin məzarlarını ziyarət ediblər. Qonaqlara məlumat verildi ki, burada əsasən Qara Yanvar və Qarabağ müharibəsi şəhidləri dəfn olunub.

 Daha sonra qonaqlar əbədi məşəl önünə gələrək xatirə şəkili çəkdiriblər. Qonaqlar eyni zamanda Dağüstü Pakdan şəhərə açılan mənzərə ilə tanış olublar. Bakı Türk şəhidliyi də ziyarət olunub. Qonaqlara məlumat verilib ki, bu abidə 15 sentyabr 1918-ci ildə Azərbaycanın ərazi bütövlüyü və Bakının azad olunması uğrunda həlak olmuş Qafqaz İslam Ordusu döyüşçülərinin xatirəsinə ucaldılıb. Qeyd olunub ki, abidənin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev və Türkiyə Respublikasının Prezidenti Süleyman Dəmirəl iştirak ediblər.

 Bakıya səfər çərçivəsində “İstanbul Azərbaycan Mədəniyyət Evi” dərnəyinin üzvlərinə Milli Azərbaycan Tarixi Muzeyinə, həmçinin Hüseyn Cavidin Ev Muzeyinə turlar təşkil olunub. Əvvəlcə paytaxtın Hacı Zeynalabdin Tağıyev küçəsində yerləşən Milli Azərbaycan Tarixi Muzeyinə gələn qonaqlar burada sərgilənən tarixi eksponatlarla tanış olublar. Burada sərgilənənXocavənd rayonundakı Azıx mağarasından tapılmış 350-400 min il əvvəl yaşamış 18-20 yaşlı qadına məxsus alt çənə sümüyü parçasının mulyajı qonaqların xüsusi olaraq diqqətini çəkib. Ümumi rəyə görə, Azıx ocaqlarının 700-500 min yaşı var. 1920-ci ildə yaradılan Tarix Muzeyində ümumilikdə 300 minə yaxın eksponat qorunur.

 Daha sonra qonaqlar paytaxtın İstiqlaliyyət küçəsində yerləşən Hüseyn Cavidin Ev Muzeyinə yollanıb. Burada qeyd olunub ki, Muzey görkəmli Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 1920 – 1937–ci illərdə yaşadığı evdə yaradılıb. Ekspozisiyası dörd otaqdan ibarət olan muzeyin ümumi sahəsi 245 m² – dir. Muzeyin əsas fondunda 4000, elmi – köməkçi fondunda isə 200 eksponat var. Ekspozisiyada 600 – dən çox eksponat, o cümlədən məişət və geyim əşyaları, Hüseyn Cavidin nəşr olunmuş kitabları digər sənədlər nümayiş etdirilir.

 Qonaqlar eyni zamanda paytaxtın bir sıra abidələrini də ziyarət ediblər. Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə paytaxtın İstiqlaliyyət küçəsində ucaldılmış abidəni ziyarət edən qonaqlar xatirə şəkilləri çəkdirib. Bundan əlavə görkəmli Azərbaycan şairi və ictimai xadim Mirzə Ələkbər Sabirin, həmçinin paytaxtın Abbasqulu ağa Bakıxanov küçəsində Türkiyənin Azərbaycandakı səfirliyinin qarşısında ucaldılmış Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün abidəsi ziyarət olunub. 

 Bakıdakı Atatürk Mərkəzində keçirilən beynəlxalq elmi-praktik konfrans "Turan Araşdırma Mərkəzi" İctimai Birliyinin təşkilatçılığı və "İstanbul-Azərbaycan Mədəniyyət Evi" dərnəyinin birgə təşkilatçılığı ilə reallaşıb. Konfransı açılış nitqi ilə açan "Turan" Araşıdırma Mərkəzi İctimai Birliyinin sədr müavini Cavid İsmayıl əvvəlcə diqqət göstərib tədbirdə iştirak etdiklərinə görə gələn qonaqlara və media nümayəndələrinə təşəkkürünü bildirib. Cavid İsmayıl sözlərinə türk dünyasının Ulu Öndəri Mustafa Kamal Atatürk və Azərbaycan xalqının ümummuli lideri Heydər Əliyevin dillər əzbəri olan kəlmələri ilə başlayıb: "Azərbaycanın sevinci - sevincimiz kədəri kədərimizdir" və "Bir millət iki dövlət". O,bildirib ki, Prezident İlham Əliyevin 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsi böyük təntənəli ilə qeyd olunur. Cavid İsmayıl bilirib ki, Azərbaycan 70 il SSRİ tərkibində olmasına baxmayaraq, xalqımız Azərbaycan Xalq Cümhuriyyətinə aid tarixi qəlbində qoruyaraq bu günümüzə qədər çatdırmağı bacarıb. Bu dönəmdə Cümhurriyətimizin qurucuları olan Məhəmməd Əmin Rəsulzadə və onun silahdaşları, eyni zamanda türk Respublikasının qurucusu Mustafa Kamal Atatürk və müasir Azərbaycan respublikasının qurucusu ümummilli lider Heydər Əliyev həyatlarının sonuna qədər mövcüd Cümhurriyətimiz təməlini sarsıtmağa cəhd göstərən qüvvələrə qarşı xalqlarımızla birlikdə daima mübarizə aparıblar. Ötən 100 il Azərbaycan xalqı üçün heçdə asan olmayıb. Xalqımız Qarabağda minlərlə şəhid verib. Ötən günlər ərzində Gəncədə baş verən hadisələri yad edən Cavid İsmayıl, 2 yüksək rütbəli polis əməkdaşlarının şəhid olmasını mənfur xarici qüvvələrin ölkəmizin müstəqilliyinə təhdid olduğunu diqqətə çatıdırb. 2016-cı il 15 iyul tarixində qardaş Türkiyədə baş vermiş dövlət çevrilişinə cəhd hadisələrini də yada salan Cavid İsmayıl qeyd edib ki, 100 il tarixində Cümhurriyətimiz xalqlarımız və dövlətlərimiz daima mübarizədə olub və bütün həmlələrə sinə gəlməyi bacarıb. Daha sonra 100 il ərzində Cümhuriyyətimizin qurunmasınaminə canlarından keçən  şəhidlərimizinxatirəsi 1 dəqiqəlik sükütla yad edilib.

Daha sonra çıxış etmək üçün söz Azərbaycan Respublikasının Prezidenti yayında Dövlət İdarəçilik Akademiyasının kafedra müdiri, tariz üzrə fəlsəfə doktoru, dosent Firdovsiyyə Əhmədovaya verilib. Azərbaycan Xalq Cümhuriyyətinin müstəsna nailiyyətlərindən danışan Firdovsiyyə Əhmədova Cümhuriyyətin mövcud olduğu qısa müddət ərzində demokratik cəmiyyətin formalaşması istiqamətində mühüm addımların atıldığını diqqətə çatdırıb. Bildirib ki, etnik və dini mənsubiyyətindən asılı olmayaraq Azərbaycan Xalq Cümhuriyyəti dövründə vətəndaşların bütün hüquq və azadlıqlarının bərabərliyini təmin edib.

 

Konfransda çıxış edən “İstanbul Azərbaycan Kültür Evi”nin sədri Hikmət Elp Qafqaz İslam ordusunun yaradılması haqqında məlumat verib. Bildirib ki, Nuru Paşa Türk və Azərbaycan hərbi hissələrindən təşkil edilmiş Qafqaz islam Ordusunun komandanı olmaqla bərabər Azərbaycan hökumətinin qərarı əsasında milli hərbi hissələrinin formalaşdırılmasını və rəhbərliyini də öz üzərinə götürüb. Nuru Paşa ona həvalə olunan hərbi vəzifələrin öhdəsindən bacarıqla gəlib və Azərbaycan hökumətinin və xalqının dəstəyi ilə onun komandanlığı altında olan hərbi qüvvələr qısa vaxt ərzində Gəncədən Bakıya qədər uğurlu döyüş yolu keçiblər. Hikmət Elp Azərbaycan mədəniyyətindən də söz açaraq bu mədəniyyətin geniş bir coğrafi ərazini əhatə etdiyini diqqətə çatdırıb.

Konfransda digər çıxış edənlər də Türkiyə və Azərbaycan əlaqələrindən və ölmələrimizin birgə həyata keçirdikləri layihələrdən danışıblar.Çıxışçılar Xalq Çümhuriyyətinin yaranma tarixi, ordu quruculuğu və 23 ay ərazində fəaliyyəti haqqında tədbir iştirakçılarına məlumat verdilər.

 “Olaylar” qəzetinin baş redaktoru, tarixi romanlar müəllifi, yazıçı  Yunus Oğuz

isə çıxışında bildirdi ki, əgər o demokratik cümhuriyyət doğurdan da demokratik olmasa idi insanlar milli kimliklərini bilməsəydilər demokratik cümhuriyyət yaranmayacağdı və onun bərpası da heç zaman mümkün olmayacaqdı.

 Cümhuriyyətdən danışanda mən də onun tərəfdarıyam ki cümhuriyyətin yaranmış tarixi şəraitə diqqət yetirmək lazımdır çünki çox çətin bir tarixi dövr idi bilirsiz Osmanlı üçün ən çətin döyüş Qafqaz cəbhəsi idi sarıqamış faciəsi ən böyük faciələrdən biri idi. Bu fikirlər isə filologiya üzrə fəlsəfə doktoru, dosent Əziz Ələkbərliyə məxsus oldu.

 Sonda çıxış edən “Turan” Araşdırma Mərkəzinin sədr müavini Cavid İsmayıl tədbirin keçirilməsində dəstəyinə görə, Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, Milli Məclisin mədəniyyət komitəsinin sədri, Əməkdar Elm Xadimi Nizami Cəfərova minnətdarlığını bildirib. Cavid İsmayıl Turan Araşıdırma Mərkəzinin rəhbəri, professor Əjdər İsmayılovun müəllifi olduğu "Qədim Ön Asiya və Ön Qafqaz türk tayfaları""Moisey Xorenatsi anonim keşiş müəllifdir""Mesrop Maştos əlifba ixtiraçısı deyil, fırıldaqçı anonim keşişdir""Hüseyn Cavid yaradıcılığı və dünya ədəbiyyatında demonizm ənənəsi""Dünya romantizm ənənəsı və Hüseyn Cavid" kitablarını “İstanbul Azərbaycan Mədəniyyət Evi”nin sədri Hikmət Elpə təqdim edib. Hikmət Elp isə öz növbəsində 862 səhifəlik “Mədəniyyətlərin beşiyiTəbriz” kitabını “Turan” Araşdırma Mərkəzinə hədiyyə edib.

  Turan Araşıdırma Mərkəzi İçtimai Birliyinin sədr müavini  Cavid İsmayıl Azərbaycan respublikasının prezidenti və ali baş komandanımız cənab İlham Əliyevin son dönəmlərdə daima bütün kürsülərdə və bütün dünyada demək olar ki lazım olan yerlərdə dostlarda qürur, düşməndə qorxu əsdirəcək bir sözü var ki, biz mütləq nəinki Qarabağa, eyni zamanda Dərələyəzə, Zəngəzura və qədim Azərbaycan torpaqlarına qayıdacağıq. İnşallah Allah qoysa bu belə də olacaqdır. biz bütün torpaqlarımızın sahibi və yiyəsi olacağıq.

 Sonda konfrans iştirakçıları xatirə şəkili çəkdirdilər. Qeyd edək ki, “İstanbul Azərbaycan Mədəniyyət Evi”nin nümayəndələri Azərbaycana səfər çərçivəsində Qobustana, həmçinin Şamaxı, Göyçay, Gəncə və digər şəhərlərə səfər edərək tarixi abidələr və muzeylərimizlə tanış olublar.Məqsəd Azərbaycanın tarixi keçmişini, milli-mədəni dəyərlərimizi tanıtmaq, onları regionlarımızın sosial – iqtisadi inkişafı ilə yaxından tanış etməkdir.

Mahmud Rövşənoğlu

скачать dle 10.6фильмы бесплатно
[xfvalue_video]