SON DƏQİQƏ
» » “Daş­kənd” sərhəd zastavası kompleksi istifadəyə verildi

“Daş­kənd” sərhəd zastavası kompleksi istifadəyə verildi

Tarix:

27-07-2018, 19:14

/ 10 643 dəfə oxundu.
“Daş­kənd” sərhəd zastavası kompleksi istifadəyə verildi

Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsində yeni inşa edilmiş “Daş­kənd” sərhəd zastavası kompleksi xidməti istifadəyə verilib.

DSX-dən GunAz.az-a verilən məlumata görə, yeni sərhəd zastavası kompleksinin açılışı münasibəti ilə keçirilən mərasimdə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Ulu Öndər Heydər Əliyevin milli inkişaf siyasətini qətiyyətlə davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvə­lərin Ali Baş Komandanı İlham Əliyevin ali diqqəti sayəsində Dövlət Sərhəd Xidmətinin bütün hərbi hissə və bölmələrində şəxsi heyət üçün yüksək xidməti və məişət şəraitinin yaradıldığını qeyd edib. Ardıcıl həyata keçirilən islahatlar sayəsində Azərbaycan Sər­həd Mühafizəsinin mükəmməl inkişaf yolu keçərək qarşıya qoyulan hər bir tapşırığı layiqincə yerinə yetirməyə qadir olan hərbi qurum sə­viyyəsinə yüksəldiyi xüsusi vurğulanıb. General-polkovnik Elçin Quliyev Azərbaycan sərhədçisinin dövlətçiliyimizin və sərhədlərimizin keşiyində ayıq-sayıq dayandığını, Dövlət Sərhəd Xidmətinin bütün şəxsi heyəti üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ali Baş Komandanlığı altında xidmət etməyin böyük şərəf və yüksək məsuliyyət olduğunu bildirib.

Mərasimdə xidmətdə yüksək nəticələr göstərmiş hərbi qulluq­çula­ra mükafatlar təqdim olunub.

Qeyd edək ki, müasir tələblərə uyğun yeni inşa edilmiş sərhəd zastavasında xidmətin yüksək səviyyədə təşkili və sərhədçilərin istirahəti üçün hər cür şərait yaradılıb. Zabit və gizir ailələri üçün inşa olunmuş mənzillər, müasir tələblərə cavab verən xü­susi təyinatlı otaqlar, yeməkxana, istirahət guşəsi, təlim şəhərciyi, mərkəzləşdirilmiş istilik və işıqlandırma sistemləri, hamam-cama­şırxa­na lazımi avadanlıq və vasitələrlə təmin olunub, yol və səkilər asfalt­lanıb, ərazidə abadlaşdırma işləri görülüb.

Yerləşdiyi ərazinin xüsusiyyətləri nəzərə alınaraq sərhəd zasta­va­sını fasiləsiz enerji ilə təmin etmək məqsədilə pilot layihə olaraq Azər­baycan istehsalı olan günəş elektrik stansiyası quraşdırılıb. Azər­baycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi ilə birgə həyata keçirilən bu pilot layihəsinin uğurla gerçəkləşdirilməsi gələcəkdə mürəkkəb relyef şəraitinə malik olan digər ucqar sərhəd zastavalarının da enerji təminatının bərpa olunan enerji mənbələri hesabına həyata keçirilməsi şəraitini yarada­caq.

Mürəkkəb relyefə malik yüksək dağlıq və meşəlik ərazidə inşa olunmuş yeni sərhəd zastavasında yaradılan şərait sərhədçilərə ilin bütün mövsümlərində, o cümlədən şaxtalı-boranlı qış aylarında xid­məti daha yüksək səviyyədə təşkil etməyə geniş imkanlar yaradacaq­.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ