SON DƏQİQƏ
» » Dörd ölkənin döyüş gəmiləri Xəzərdə məşqlərə başladı

Dörd ölkənin döyüş gəmiləri Xəzərdə məşqlərə başladı

Tarix:

25-07-2018, 19:19

/ 10 336 dəfə oxundu.
Dörd ölkənin döyüş gəmiləri Xəzərdə məşqlərə başladı

“Dəniz kuboku - 2018” beynəlxalq müsabiqəsində iştirak edəcək Azərbaycan, Rusiya, İran və Qazaxıstan hərbi gəmiləri Xəzər dənizindəki döyüş hazırlığı poliqonunda məşqlərə başlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən GunAz.az-a verilən məlumata görə, keçiriləcək yarışlarda dənizçilər “Artilleriya atəşlərinin yerinə yetirilməsi”, “Gəminin dayanıqlığı uğrunda mübarizə və xilasetmə hazırlığı” və “Dəniz hazırlığı” üzrə müsabiqənin müxtəlif mərhələlərində güclərini sınayaraq ən yaxşı heyətləri müəyyən edəcəklər.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ