SON DƏQİQƏ

İmtahanda ən yüksək nəticə 59 bal oldu

Tarix:

19-07-2018, 21:52

/ 10 399 dəfə oxundu.
İmtahanda ən yüksək nəticə 59 bal oldu

Bu gün ibtidai sinif müəllimliyi üzrə (Azərbaycan bölməsi) keçirilən test imtahanlarında 3094 nəfər iştirak edib. 
Təhsil Nazirliyindən GunAz.az-a verilən məlumata görə, namizədlər arasında ən yüksək nəticə olaraq 59 bal qeydə alınıb.
İbtidai sinif müəllimliyi üzrə imtahanlar bu gün də davam edib. Günün ikinci yarısından sonra ingilis dili müəllimi olmaq istəyənlər imtahan verəcək. Bu fənni tədris etmək istəyən 3505 namizədin imtahanda iştirakı nəzərdə tutulur.
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi Azərbaycan Texniki Universitetinin İdman Kompleksində keçirilir. Namizədlərə ixtisaslarına uyğun olaraq ümumtəhsil məktəblərinin fənn proqramının məzmunu üzrə 40, metodika, təlim strategiyaları üzrə 10 və məntiq üzrə 10 sual olmaqla ümumilikdə 60 sualı cavablandırmaq üçün 90 dəqiqə vaxt verilib.
скачать dle 12.1

Şərhlər