SON DƏQİQƏ

Şokoladlı yağın evdə HAZIRLANMA QAYDASI

Tarix:

19-07-2018, 16:27

/ 10 336 dəfə oxundu.
Şokoladlı yağın evdə HAZIRLANMA QAYDASI

Şokoladlı yağı çoxumuz sevirik. Əsasən də uşaqların səhər naharında yediyi sevimli qidadır. Hətta iştahı olmayan uşaq da çörəyin üstünə çəkilmiş şokoladlı yağı məmnuniyyətlə yeyir. Elə ona görə də valideynlər mağazada satılan müxtəlif şirkətlərin şokoladlı yağını tez-tez alır. Amma GunAz.az -ın verəcəyi bu reseptlə özünüz də evdə asan yolla şokoladlı yağ hazırlaya bilərsiniz.

 

 
Ərzaqlar:
 

4 stəkan süd
4 stəkan şəkər kirşanı
250 qr kərə yağı 

4 xörək qaşığı un
6 xörək qaşığı qara kakao tozu

0,5 çay qaşığı duz

 


Hazırlanma qaydası:

 

Qazana şəkər, kakao və un töküb qarışdırın. Sonra südü yavaş-yavaş töküb qarışdırın ki, yumrular qalmasın. Südün hamısı tökülüb yaxşıca qarışdırıldıqdan sonra vam od üzərinə qoyun və qarışdırmağa davam edin ki, dibi yanmasın. Sonra yağ və duz əlavə edin. Yenə tez-tez qarışdırın, krem halı alana qədər bişirin. Soyuduqdan sonra təmiz və quru qaba yığıb, soyuducuda saxlayın.

 

Nuş olsun!

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ