SON DƏQİQƏ
» » Bu yoldakı tuneldə hərəkət məhdudlaşdırılacaq

Bu yoldakı tuneldə hərəkət məhdudlaşdırılacaq

Tarix:

17-07-2018, 10:48

/ 10 295 dəfə oxundu.
Bu yoldakı tuneldə hərəkət məhdudlaşdırılacaq

İyulun 17-dən 18-nə keçən gecə Ziya Bünyadov prospektinin Böyük Şor yolu ilə kəsişməsindən sonra (Baku Steel Company-nin qarşısı) yerləşən avtomobil tunelində sıradan çıxmış işıqlandırma sisteminin yenilənməsi işləri aparılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən GunAz.az -a verilən məlumata görə, bu məqsədlə tunelin üzü Koroğlu metrostansiyası istiqamətində olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti gecə saat 01:00-dan 04:00-a kimi məhdudlaşdırılaraq yan yollara yönəldiləcək.

Yaranan müvəqqəti narahatlığa görə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi vətəndaşlardan üzr istəyir və aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ