SON DƏQİQƏ

“YouTube”da yeni funksiya istifadəyə verildi

Tarix:

16-07-2018, 20:08

/ 10 294 dəfə oxundu.
“YouTube”da yeni funksiya istifadəyə verildi

“YouTube” videohostinq platforması tərəfindən istifadəyə verilmiş “Copyright Match” aləti müəllif hüquqlarını pozan videoçarxların axtarışı üçün nəzərdə tutulub.

GunAz.az xəbər verir ki,  Videonun müəllifi öz çarxını alətə yükləyə bilər, həmin alət isə informasiyanı skan edərək sizin videoya oxşar məzmunu göstərəcək. Bundan sonra, sadəcə, xidmətin komandasına şikayət etmək qalır.

Bu xidmət yenidən yüklənmiş (yəni oğurlanmış) videolarla mübarizə aparmaq üçün hazırlanıb. İstifadəçilər “YouTube”dan videonu silməyi tələb edə, həmçinin videonu yükləmiş şəxslə birbaşa əlaqə yarada bilərlər.(ICTnews)

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ