SON DƏQİQƏ
» » Nazirlikdən çimərliklərə getmək istəyənlərə XƏBƏRDARLIQ

Nazirlikdən çimərliklərə getmək istəyənlərə XƏBƏRDARLIQ

Tarix:

14-07-2018, 14:11

/ 10 316 dəfə oxundu.
Nazirlikdən çimərliklərə getmək istəyənlərə XƏBƏRDARLIQ

Ekologiya və Təbii Sərvətlər Nazirliyi bazar günü çimərliyə getmək istəyənlərə xəbərdarlıq edib.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən GunAz.az-a verilən məlumata görə, iyul ayının 15-də Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsəcək və külək arabir güclənəcək.

Abşeron çimərliklərində suyun temperaturuna gəlincə, iyulun 15-də şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) dəniz suyunun temperaturu 26-27, cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 27-28 dərəcə isti təşkil edəcək. Arabir güclənən şimal-qərb küləyi ilə əlaqədar çimərliklərə üz tutanlar ehtiyatlı olsunlar.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ