SON DƏQİQƏ

Ətraf mühiti çirkləndirənlər cərimələnib

Tarix:

13-07-2018, 21:43

/ 10 270 dəfə oxundu.
Ətraf mühiti çirkləndirənlər cərimələnib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin monitorinq xidmətləri tərəfindən 2018-ci ilin yanvar-iyun aylarında 968 müəssisədə müvafiq müayinələr aparılıb.

Dövlət  Statistika Komitəsindən GunAz.az-a verilən məlumata görə, müayinələr nəticəsində su hövzələrinin çirkləndirilməsi üzrə tədqiq olunan müəssisələrin 34,6 faizində atılan tullantıların icazə verilən həddən artıq olması qeydə alınıb.

Atmosfer havasının çirkləndirilməsi üzrə tədqiq olunmuş müəssisələrin 40,3 faizində, torpaq ehtiyatlarının çirkləndirilməsi üzrə isə müayinəyə cəlb olunan müəssisələrin 18,7 faizində atılan tullantıların icazə verilən həddən artıq olub.

 

Ötən dövrdə təbiəti mühafizə qanunvericiliyinin pozulmasına görə inzibati məsuliyyətə cəlb olunan 448 nəfərdən 320 min manat məbləğində cərimə tutulub.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ