SON DƏQİQƏ

Gəncə planı xalqa qarşı terrordur

Tarix:

12-07-2018, 18:36

/ 10 425 dəfə oxundu.
Gəncə planı xalqa qarşı terrordur

 

“Azərbaycan dövləti, dövlətçiliyi, milli maraqlarımız heç vaxt müzakirə mövzusu olmamalıdır. Bu dəyərlərə təhlükə yarandıqda hər bir vətəndaş, hər bir azərbaycanlı öz qəti mövqeyini ortaya qoymalı, milli iradəsini nümayiş etdirməlidir. Buna görə də Azərbaycan dövlətinin terror və terror çağırışlarına qarşı atacağı sərt addımların ziyalılar, tanınmış ictimaiyyət nümayəndələri, vətəndaş cəmiyyəti təmsilçiləri tərəfindən düzgün anlaşılmalı, geniş kütlələrə düzgün mesajlar verilməlidir. Hər hansı səbəb və ya bəhanə ilə terrora bəraət qazandırmaq cəhdləri yolverilməzdir, sosial səhifələrin aktiv iştirakçıları və KİV nümayəndələri yazı, rəy və şərhlərində müvafiq qanunvericiliyin tələblərini və dövlət maraqlarını unutmamalı, hadisələrə daha peşəkar və obyektiv yanaşmalıdırlar.”

Bu fikirlərlə çıxış edən Əli Həsənovun fikiri ilə tam razı olaraq , bu günlər Gəncədə baş verən hadisələri bir vətəndaş olaraq çox böyük ürək agrısı ilə izləyirəm. Bunu vətənə ,dövlətçiliyə xəyanət hesab edirəm. Bu xəyanətkarlar unudurlar ki, müstəqil Azərbaycan dövləti dünyəvi dövlətə çevrilmişdir. Artıq Azərbaycanın gücü, qüdrəti, iqtisadi inkişafı bütün dünya tərəfindən qəbul edilir. Biz bu acınacaqlı olaya ictimai-siyasi qiymət verməliyik, mövqeyimizi bir mənalı bildirməliyik. Bu əsl mənada dövlətə və dövlətçiliyə zərbə vuran terror hadisəsidir. Heç bir terror, heç bir qüvvə müstəqil Azərbaycanı inkişaf  yolundan döndərə bilməz. Heç bir düşmən unutmamalıdır ki, Azərbaycanda xalq-iqtidar birliyi yenilməzdir, sarsılmazdır. Biz bu terror hadisəsini qətiyyətlə pisləyirik və müstəqil Azərbaycanın  gələcək inkişafı naminə hər şeyə hazırıq. Dövlətçiliyimizə qarşı yönələn hər bir cəhdin qarşısı qətiyyətlə alınacağına inanırıq.

Məqsədli nadürüstlər bu hadisələri dindarlarla əlaqələndirmək istəyirlər, hüquq mühafizə orqanları bunları araşdırıb öz qəti qərarlarını verməlidir.  Gəncədə baş verən ixtişaşlarda çəkilən videoları diqqətlə izləsək, görərik ki, bəzi təxribatçı şəxslər “Allahu əkbər” şüarı səsləndirirlər. Əgər onlar əsl millətini, dövlətini, vətənini sevənlərdisə dövləti, asayişi qoruyan polisə qiyarlarmı? Heç müstəqil hökumətin polisini öldürməyə əli gələrmi? Bu meydana soyuq silahla, kəsici və deşici alətlərlə silahlanıb gələnlərin məqsədi elə polisləri öldürmək və insanları təxribata çəkmək olub. Bu açıq şəkildə dövlətin polisinə, xalqa  qarşı məqsədli şəkildə təşkil edilən terrordur!

 

Mədət Məmmədov                        

Azərbaycan Jurnalistləri”  İB-nin sədri.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ