SON DƏQİQƏ
» » Ukrayna dairəsində hərəkət məhdudlaşdırılır

Ukrayna dairəsində hərəkət məhdudlaşdırılır

Tarix:

10-07-2018, 18:46

/ 10 260 dəfə oxundu.
Ukrayna dairəsində hərəkət məhdudlaşdırılır

Bakının Xətai rayonunun Məhəmməd Hadi küçəsində aparılan təmir-tikinti işləri ilə əlaqədar bu gecə Ukrayna dairəsində hərəkət məhdudlaşdırılacaq

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən GunAz.az-a verilən məlumata görə, küçədə asfalt-beton örtüyünün yenilənməsi işlərinə start verilir.

Bununla əlaqədar olaraq dairədən Gəncə prospekti, Neapol küçəsi və Məhəmməd Hadi küçəsinin "Əhmədli" metr ostansiyası istiqamətində hərəkət qismən məhdudlaşdırılacaq.

Ukrayna dairəsində təmir işləri bir-neçə gün davam edəcək. Bu müddət ərzində dairədə hissə-hissə hərəkət müəyyən istiqamətlər üzrə məhdudlaşdırılacaq.

Sıxlığın yaranmaması üçün sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyyə olunur.

Yaranan müvəqqəqi narahatlığa görə Agentlik vətəndaşlardan üzr istəyir və aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ