SON DƏQİQƏ
» » Bakıda restoran sahibi ilə tikinti şirkəti arasında münaqişə - SƏBƏB - VİDEO

Bakıda restoran sahibi ilə tikinti şirkəti arasında münaqişə - SƏBƏB - VİDEO

Tarix:

30-06-2018, 08:00

/ 10 578 dəfə oxundu.
Bakıda restoran sahibi ilə tikinti şirkəti arasında münaqişə - SƏBƏB - VİDEO

Bakıda baş verən çökmə hadisəsi restoran sahibi ilə tikinti şirkətini üz-üzə qoyub.

GunAz.az bildirir ki, Xətai rayonu, Ramiz Quliyev küçəsində yerləşən restoranın ərazisinin bir hissəsi uçub. Üstəlik, restoranın həyətində çatlar əmələ gəlib. İctimai iaşə obyektinin sahibi deyir ki, restoranın bir hissəsinin çökməsinə yaxınlıqda aparılan tikinti işləri səbəb olub.

Restoranın sahibi Qadir Əhmədov deyir ki, hazırda ərazidə çatlar qalmaqdadır. Restoranın digər kabinetləri də hər an uçmaq təhlükəsi ilə üz-üzədir.

Tikinti işlərini həyata keçirən şirkət isə iddialarla razılaşmır. Onlar uçquna əraziyə axan suyun səbəb olduğunu deyirlər.

Hadisə nəticəsində isə hər iki sahibkara ziyan dəyib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları da müraciət əsasında əraziyə viziual baxış keçiriblər. Hadisə yerində aşınma tipli çökmə prosesi qeydə alınıb. Çokmənin dəqiq səbəbi isə hələlik bəli deyil. /xezerxeber.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ