SON DƏQİQƏ

Rövnəq Abdullayev Ərdoğanı təbrik edib

Tarix:

25-06-2018, 20:43

/ 10 273 dəfə oxundu.
Rövnəq Abdullayev Ərdoğanı təbrik edib

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı təbrik edib.

Gunaz.Az xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.

“İyunun 24-də Türkiyədə keçirilmiş prezident və parlament seçkilərinin müvəffəqiyyətlə başa çatması və Zati-alinizin yenidən Türkiyə Respublikasının Prezidenti seçilməyi münasibəti ilə çoxminli əməkdaşlarımız, SOCAR rəhbərliyi və şəxsən öz adımdan Sizi səmimi qəlbdən təbrik edirəm.Bu xoş fürsətdən istifadə edərək, Sizə uzun ömür, möhkəm can sağlığı, tükənməz enerji və Türkiyə xalqının tərəqqisi naminə ali dövləti fəaliyyətinizdə yeni uğurlar arzu edirəm. Qardaş Türkiyə xalqının müstəqillik əzmini və azad iradəsini əks etdirən bu seçkilərin yüksək demokratiya, şəffaflıq və ümummilli etimad şəraitində keçirilməsindən məmnunluq duyuruq. Seçkilərdə qazandığınız inamlı qələbə xalqın Sizə bir güclü lider kimi böyük inam və etimadının parlaq təzahürüdür. Əminəm ki, prezidentliyinizin yeni dönəmində Türkiyənin inkişafına və beynəlxalq arenada nüfuzunun artmasına daha böyük töhfələrinizi verməkdə davam edəcəksiniz”,-təbrik məktubunda qeyd olunub.

Bildirilib ki, sarsılmaz dostluq və qardaşlıq münasibətlərinə malik Azərbaycan və Türkiyə dövlətləri bu gün bütün sahələrdə, o cümlədən enerji sahəsində münasibətləri inkişaf etdirməkdə davam edir: “Birgə həyata keçirdiyimiz Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, bu yaxınlarda açılışını etdiyimiz TANAP layihələri uğurlu əməkdaşlığımızın parlaq nümunələridir. Bu qlobal layihələrin həyata keçirilməsində Türkiyə dövlətinin və şəxsən Sizin əvəzsiz rolunuz danılmazdır. Əminəm ki, əlaqələrimiz bundan sonra da bütün sahələrdə daim möhkəmlənəcək və genişlənəcək. Zati-alinizi bir daha səmimi qəlbdən təbrik edir, qardaş Türkiyə xalqına Sizin ali rəhbərliyiniz altında sülh, tərəqqi və firavanlıq arzularımı bildirmək istəyirəm”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ