SON DƏQİQƏ

Bakı hərbi parada hazırlaşır - VİDEO

Tarix:

25-06-2018, 09:05

/ 10 984 dəfə oxundu.
Bakı hərbi parada hazırlaşır - VİDEO

Azərbaycan Silahlı Qüvvələrinin hərbi paradının məşqləri davam edir.

GunAz.az bildirir ki, bu gün "Azadlıq" meydanında parada hazırlıq təlimləri keçirilib.

Bu il də hərbi paradda Azərbaycan ordusunun ən müasir silah və texnikalarının nümayiş olunacağı gözlənilir.

Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin 1998-ci il 22 may tarixli fərmanı ilə ilk hərbi hissənin təsis edildiyi gün -  26 iyun hər il Azərbaycan Silahlı Qüvvələr günü kimi qeyd olunur.

Azərbaycanda ilk hərbi parad 1992-ci ilin oktyabrın 9-da baş tutub. 2008-ci il iyunun 26-da Silahlı Qüvvələrin Ali Baş Komandanı, prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda ikinci, 2011-ci il iyunun 26-da üçüncü, 2013-cü il iyunun 26-da isə dördüncü hərbi parad keçirilib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ