SON DƏQİQƏ
» » AKP-dən ilk seçki açıqlaması: Namus məsələsidir!

AKP-dən ilk seçki açıqlaması: Namus məsələsidir!

Tarix:

24-06-2018, 22:27

/ 10 251 dəfə oxundu.
AKP-dən ilk seçki açıqlaması: Namus məsələsidir!

AKP millət vəkili Mahir Ünal ilk seçki açıqlamasını verib.

GunAz.az xəbər verir ki, AKP-nin qərargahında təşkil edilən mətbuat konfransında o, bu seçkini son dövrlərin ən güvənli seçkisi olduğunu bildirilib.

"Türkiyə dünyada seçim güvənliyi və seçim ənənəsi olan, nəticələri ən tez elan edilən demokratik ölkələrdən biridir. Bu gün CHP sözçüsü də açıqladı və qeyd etdi ki, hər sandıq başında bütün siyasi partiyaların təmsilçiləri var. Bütün siyasi partiyalar nəticələri bərabər izləyirlər. Türkiyə hüquq dövlətidir və seçkini şübhə altına almaq bizim birliyimizə zərbədir.

Yalnız öz səsimiz deyil, digər partiyaların səsinin qorunması da bizim üçün namus məsələsidir", - o deyib.

M.Ünal deyib ki, bundan sonra da xalqın səsinin, iradəsinin qorunması bizim üçün əsas prinsipdir.

Millət vəkili "Anadolu" agentliyi və Ali Seçki Qurumunun üzərindən seçkiyə yönəlik, nəticələri şübhə altına alan hər hansı açıqlama verilməməsi gərəkdiyini xüsusi xatırladıb. Bunu edənlərin ciddi məsuliyyət daşıdığını bildirib.
M.Ünal bildirib ki, bir müddətdən sonra Ərdoğan AKP baş qərargahından açıqlama verəcək.(Axar.az)

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ