SON DƏQİQƏ

Cocuq Mərcanlıya daha 50 ailə köçürüldü

Tarix:

21-06-2018, 20:54

/ 10 246 dəfə oxundu.
Cocuq Mərcanlıya daha 50 ailə köçürüldü

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Cocuq Mərcanlı kəndində bərpa işlərinin ikinci mərhələsindən sonra oraya 50-dən çox ailənin köçürülməsini təmin edib.

Komitədən Gunaz.az-a verilən məlumata görə, bunlar əsasən Bakı və Şirvan şəhərlərində, Oğuz, Sabirabad və Biləsuvar rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkün ailələridir. Müxtəlif bölgələrdə müvəqqəti məskunlaşmış məcburi köçkünlərin yeni yaşayış yerlərinə köçürülməsi məsələsi ilə mövcud qanunvericiliyə uyğun yaradılmış vahid komissiya məşğul olur. Köçürülmə prosesi hazırda davam edir.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı 24 yanvar 2017-ci il tarixli sərəncam imzalayıb. Sərəncama əsasən kəndin ərazisi minalardan təmizlənərək ilkin mərhələdə kənddə 50 fərdi yaşayış evi, məktəb binası və digər müvafiq infrastruktur inşa edilərək, 14 iyun 2017-ci ildə istifadəyə verilib, məcburi köçkünlərin buraya köçürülməsi qısa müddətdə başa çatdırılıb. Kənddə bərpa işlərinin ikinci mərhələsində, dövlət başçısının 15 iyun 2017-ci il tarixli sərəncamına uyğun olaraq, əlavə 100 yaşayış evi, uşaq bağçası, həkim məntəqəsi və digər zəruri obyektləri inşa edilib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ