SON DƏQİQƏ

Azərbaycanda 500 hərbçiyə ev veriləcək

Tarix:

21-06-2018, 11:35

/ 10 242 dəfə oxundu.
Azərbaycanda 500 hərbçiyə ev veriləcək

"Ali Baş Komandan İlham Əliyev zabit heyətinin sosial bazasının gücləndirilməsi üçün böyük işlər görür. Zabitlərin mənzillərlə təminatı məsələsi həll olunub".
Gunaz.az xəbər verir ki, bunu Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov mətbuat konfransında deyib. 

Nazir bildirib ki, Ordumuzun 100 illiyi ərəfəsində 20 ildən çox xidmət edən 500-ə yaxın zabit dövlət tərəfindən mənzillə təmin olunacaq. 

Z.Həsənov mənzil alacaq zabitlərin siyahısının hazır olduğunu diqqətə çatdırıb. 

Müdafiə naziri vurğulayıb ki, həmçinin il ərzində 300-ə yaxın zabit xidməti mənzillərlə təmin olunacaq. Bir qismi alıb və bu davam edir. 
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ