SON DƏQİQƏ
» » Xalq artisti filarmoniya rəhbərliyindən qovulub, ya özü istefa verib?

Xalq artisti filarmoniya rəhbərliyindən qovulub, ya özü istefa verib?

Tarix:

20-06-2018, 23:35

/ 10 325 dəfə oxundu.
Xalq artisti filarmoniya rəhbərliyindən qovulub, ya özü istefa verib?

Nazirlik qalmaqalla bağlı hələlik rəsmi cavab vermək istəmir

Bu günlərdə Gəncə Dövlət Filarmoniyasının direktoru, xalq artisti Samir Cəfərov gözlənilmədən vəzifəsindən istefa verib. Onun bu vəzifədə bir il tam işləməmiş  istefa verməsi geniş müzakirələrə yol açıb, suallar ortaya qoyub.

Səslənən iddiaların əksəriyyətində bildirilir ki, paytaxta geri dönən Samir Cəfərov Gəncə şəhərinin idarə və müəssisələrində filarmoniyada təşkil edilən konsertlərə məcburi bilet satılmasına etiraz etdiyi üçün şəhər rəhbərliyi tərəfindən təhqir olunub. Bu da xalq artistinin istefasına gətirib çıxardıb. Digər iddialara görə isə, o, heç də istefa verməyib, qovulub.

Ötən gün isə sosial şəbəkələrdə Samir Cəfərovun artıq işinin başına qayıtdığı haqda məlumat yayılıb. Məsələyə hərtərəfli aydınlıq gətirmək üçün “Yeni Müsavat”ın əməkdaşı olaraq, Mədəniyyət və Turizm Nazirliyi ilə əlaqə saxladıq. Nazirlikdən bildirildi ki, xalq artisti həqiqətən öz istəyi ilə vəzifəsindən getsə də, hələlik bu məsələ rəsmiləşdirilməyib:“Ortalıqda başqa məsələlər olduğu üçün hələlik nazirlik rəsmi qərar verməyib. Yaxın günlərdə bu barədə ictimaiyyətə açıqlama veriləcək”.

Qeyd edək ki, Gəncə Dövlət Filarmoniyasının rəhbər postu hələ ki, boş qalıb, direktorun səlahiyyətləri heç kimə həvalə edilməyib. Xalq artistinin yenidən vəzifəsinə qayıtması iddialarına gəlincə, o, bu barədə “Yeni Müsavat”a aşağıdakıları dedi: “Yox, bu iddialar əsassızdır. Yenidən işimə geri dönmək fikrim yoxdur. Çünki Bakıda işlərim çoxdur. Həmçinin ailəm, uşaqlarım da burdadır. Yaradıcılığım da pis vəziyyətdədir. Əgər direktor vəzifəsindən uzaqlaşmasam, heç nə alınmayacaq”.

O, Gəncə şəhər rəhbərliyi tərəfindən təhqir olunması iddialarına da aydınlıq gətirib: “Belə bir məsələ olmayıb, əksinə hörmət ediblər həmişə... Yəqin ki, hazırda yerimə kimi təyin edəcəklərini düşünürlər”.

Qeyd edək ki, Samir Cəfərov ötən ilin iyun ayının sonlarında filarmoniyaya direktor təyin olunmuşdu.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ