SON DƏQİQƏ
» » Səfirlik: Moskvada xəsarət alan Azərbaycan vətəndaşlarının vəziyyəti qənaətbəxşdir

Səfirlik: Moskvada xəsarət alan Azərbaycan vətəndaşlarının vəziyyəti qənaətbəxşdir

Tarix:

18-06-2018, 23:27

/ 10 293 dəfə oxundu.
Səfirlik: Moskvada xəsarət alan Azərbaycan vətəndaşlarının vəziyyəti qənaətbəxşdir

İyunun 16-da Moskvada taksinin piyada yoluna çıxaraq yeddi nəfəri vurması nəticəsində xəsarət alan iki Azərbaycan vətəndaşının vəziyyəti qənaətbəxşdir.

Azərbaycanın Rusiyadakı səfirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hadisə haqqında məlumat səfirliyə daxil olan kimi səfir Polad Bülbüloğlunun göstərişinə əsasən soydaşlarımızın yerləşdiyi tibb müəssisəsi ilə əlaqə saxlanılıb. Tibb müəssisəsindən verilən məlumata görə, xəsarət alanların vəziyyəti qənaətbəxşdir, onlara ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

скачать dle 12.1

Şərhlər