SON DƏQİQƏ
» » Azərbaycanda çəkilən dəhşətli video: xəstəni belə müalicə edirlər

Azərbaycanda çəkilən dəhşətli video: xəstəni belə müalicə edirlər

Tarix:

16-06-2018, 23:00

/ 10 499 dəfə oxundu.
Azərbaycanda çəkilən dəhşətli video: xəstəni belə müalicə edirlər

Tural İslamov belindəki ağrıları xalq təbabəti ilə müalicə etmək istəyib. Onu ayağından asıb, belinə yaxı qoyulsa da, ağrıları keçməyib. Həkimlər isə belə şəxslərə xəbərdarlıq edir. Belində ağrı hiss edən şəxslərə düzgün diaqnozun qoyulmaması böyük fəsadlara səbəb ola bilər.
Tural İslamovun sözlərinə görə, onu müalicə edən şəxs heç bir müayinə də aparmayıb. Buna baxmayaraq, o Turala bel yırtığı diaqnozu qoyub. Onun etdiyi müalicələrin heç bir təsiri olmadığını görən xəstə, başqa bir həkimə müraciət edib. Məlum olub ki, xəstənin belindəki yırtıq daha da genişlənib.
Həkimlərin sözlərinə görə, belində ağrı hiss edən şəxslərə düzgün diaqnozun qoyulmaması böyük fəsadlara səbəb ola bilər.
Həkim İradə Hacıyeva belə xəstələrə bu kimi risqlərdən və həmin xəstəlikdən bir dəfəlik qurtarmaq üçün ixtisaslaşmış mərkəzlərə müraciət etməyi tövsiyyə edir.
Belində az da olsa, ağrı hiss edən şəxslərə ümumiyyətlə ağırlıq qaldırmaq məsləhət görülmür. (Xəzər TV)
скачать dle 12.1

Şərhlər