SON DƏQİQƏ
» » Nemət Pənahlı "Azərbaycanın səsi - bala"da yarışan oğluna dəstək istədi – FOTO,VİDEO

Nemət Pənahlı "Azərbaycanın səsi - bala"da yarışan oğluna dəstək istədi – FOTO,VİDEO

Tarix:

15-06-2018, 20:45

/ 10 859 dəfə oxundu.
Nemət Pənahlı "Azərbaycanın səsi - bala"da yarışan oğluna dəstək istədi – FOTO,VİDEO

Milli-azadlıq hərəkatının öncül isimlərindən olan Nemət Pənahlı "Azərbaycanın səsi- bala" müsabiqəsində iştirak edən oğlu Oğuzxan üçün dostlarından dəstək istəyib.

Gunaz.az xəbər verir ki, o bu haqda sosial şəbəkədə yazıb. N. Pənahlı bildirib ki, oğlunun müsabiqədəki taleyi tamaşaçıların səsverməsindən asılıdır:

"Dostlar, müəyyən səbəblərdən "Azərbaycanın səsi -bala" yarışmasında keçən tur Oğuzxan ən az sms topladı. Əgər Elza xanım Oğuzxanın istedadını nəzərə alaraq onu növbəti tura keçirməsəydi, Oğuzxan yarışdan çıxarılacaqdı!

Nemət Pənahlı "Azərbaycanın səsi - bala"da yarışan oğluna dəstək istədi – FOTO,VİDEO

 



Növbəti turlarda isə finala çıxmaq yalnız sms-lərdən asılı olacaq. Ona görə bütün dostlardan xahiş edirəm ki, Oğuzxana dəstək olaraq, finala çıxmasına yardımçı olsunlar. Dostlar, Oğuzxan həqiqətən buna layiqdir. Mən əminəm ki, o gələcəkdə bütün dünyada Azərbaycanı öz fitri istedadı ilə təmsil edən gənclər sırasında olacaq. Odur ki, Oğuzxan Pənahlının "Azərbaycanın səsi - bala" yarışmasında növbəti tura keçməsinə dəstək olmaq üçün bu andan başlayaraq, sabah saat 17:30 -da ATV telekanalında yayımlanan "Azərbaycanın səsi - bala" verilişi bitənə kimi, mesaj yerinə "40" yazıb aşağıdakı nömrələrdən birinə göndərin. Sms göndərmək yalnız AZERCELL mobil operatorlarından mümkündür.

 

1 səs - 8401- 1 AZN 18 qəpik.

10 səs- 8810- 8 AZN 28 qəpik.

50 səs- 8650- 33 AZN 04 qəpik".

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ