SON DƏQİQƏ
» » Azərbaycandan Türkiyəyə iki dəfə daha tez çatmaq mümkün olacaq

Azərbaycandan Türkiyəyə iki dəfə daha tez çatmaq mümkün olacaq

Tarix:

14-06-2018, 23:25

/ 10 230 dəfə oxundu.
Azərbaycandan Türkiyəyə iki dəfə daha tez çatmaq mümkün olacaq

Gürcüstan-Azərbaycan sərhədindəki “Qırmızı körpü” nəzarət-buraxılış məntəqəsindən Gürcüstan-Türkiyə sərhədindəki “Sarpi” nəzarət-buraxılış məntəqəsinədək məsafə 4 saatadək azalacaq.

Trend-in məlumatına görə, Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyi ölkənin qərbi ilə şərqini əlaqələndirən Rikot aşırımında yol tikintisi üçün tender elan edib.

Qeyd olunur ki, bu layihə üçün ümumilikdə 2 milyard dollara yaxın vəsait sərf olunacaq.

Nazirlik rəsmisi bildirib ki, infrastruktur layihələri nəticəsində “Qırmızı körpü”dən “Sarpi”yədək olan yol 7-8 saatdan 4-4,5 saatadək azalacaq.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ