SON DƏQİQƏ
» » Narkoloji Mərkəzin yeni binası istifadəyə verildi

Narkoloji Mərkəzin yeni binası istifadəyə verildi

Tarix:

14-06-2018, 18:22

/ 11 048 dəfə oxundu.
Narkoloji Mərkəzin yeni binası istifadəyə verildi

Respublika Narkoloji Mərkəzinin yeni binası istifadəyə verilib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Gunaz.az-a verilən məlumata görə, 4 korpus, 300 çarpayılıq müəssisə Bakının Sabunçu rayonunda yerləşir.

Respublika Narkoloji Mərkəzinin tikintisinə 2012-ci ildə başlanılıb və bu ilin iyununda başa çatdırılıb. 1,9 hektar ərazidə inşa olunan Mərkəz ən yüksək standartlara cavab verən tibbi avadanlıqlıq və lazımi dərman preparatları ilə tam təmin və təchiz edilib.

İxtisaslaşdırılmış ambulator və stasionar narkoloji xidmət göstərəcək Respublika Narkoloji Mərkəzi müalicə-profilaktika müəssisəsi olmaqla yanaşı Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin və psixotrop maddələrin, habelə, ölkə ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların dövriyyəsinə nəzarəti həyata keçirən müəssisəsidir.

Mərkəzdə xidmətlər könüllülük prinsipi əsasında həyata keçirilir və 18 yaşından yuxarı ehtiyacı olan hər bir şəxs müalicə ala biləcək.

Binanın I korpusunda konsultativ poliklinika, stomatologiya, kardiologiya, şüa-diaqnostika, qəbul şöbəsi, inzibati şöbə, əvəzedici müalicə şöbəsi, rentgen, EEG və s. həyati əhəmiyyətli şöbələr qabaqcıl texnologiya və avadanlıqlarla təmin olunaraq fəaliyyət göstərəcək.

Mərkəzin II korpusunda Reabilitasiya, İntensiv terapiya və qadın stasionar şöbəsi fəaliyyət göstərir. Ümumilikdə müəssisədə dördü kişi, biri qadınlar üçün nəzərdə tutulan ümumi 5 stasionar şöbə mövcuddur.

Xəstələrə psixoloji yardımın həyata keçirilməsi məqsədi ilə psixoterapiya kabineti də yaradılıb. Burada müalicənin effektivliyinin artırılması üçün müalicə alan şəxslərlə psixoloq və həkim-psixoterapevt tərəfindən fərdi və qrup şəklində söhbətlər aparılacaq.

Qeyd edək ki, bu ilin mart ayında Respublika Narkoloji Mərkəzin binasında yanğın baş vermişdi. Hadisə nəticəsində 25 nəfər ölmüşdü. Köhnə binada müalicə alan xəstələrin hamısı yeni tikilən mərkəzə köçürüləcəyi bildirilmişdi.

 

 

Narkoloji Mərkəzin yeni binası istifadəyə verildi

 

Narkoloji Mərkəzin yeni binası istifadəyə verildi

 

Narkoloji Mərkəzin yeni binası istifadəyə verildi

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ