SON DƏQİQƏ
» » Ordumuz özüyeriyən artilleriya qurğularından atışlar etdi

Ordumuz özüyeriyən artilleriya qurğularından atışlar etdi

Tarix:

14-06-2018, 16:51

/ 10 259 dəfə oxundu.
Ordumuz özüyeriyən artilleriya qurğularından atışlar etdi

Müdafiə nazirinin təsdiq etdiyi döyüş hazırlığı planına uyğun olaraq artilleriya bölmələri DANA özüyeriyən artilleriya qurğularının tətbiqi ilə praktiki atışlar keçirib. Atışlar döyüş şəraitinə maksimal yaxın vəziyyətdə icra olunub.

MN-dən Gunaz.az-a verilən məlumata görə, avtomatik idarəetmə sistemi ilə təchiz edilmiş 152 mm-lik artilleriya vasitələrindən şərti düşmənin canlı qüvvə və atəş vasitələri, uzunmüddətli müdafiə qurğuları, idarəetmə məntəqələri, artilleriya və minaatan batareyaları məhv edilib.

Komandanlıq təlimlərə cəlb olunan şəxsi heyətin döyüş hazırlığını yüksək qiymətləndirib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ