SON DƏQİQƏ
» » Gürcüstanla sərhəddə yeni sərhəd keçid məntəqəsi tikiləcək

Gürcüstanla sərhəddə yeni sərhəd keçid məntəqəsi tikiləcək

Tarix:

14-06-2018, 13:34

/ 10 582 dəfə oxundu.
Gürcüstanla sərhəddə yeni sərhəd keçid məntəqəsi tikiləcək

Azərbaycan Gürcüstanla sərhəddə yeni sərhəd keçid məntəqəsi inşa edəcək.
Gunaz.az xəbər verir ki, bunu Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəis müavini Səməd Qaralov "Azərbaycan Gömrüyü - bu gün və sabahın çağırışları" mövzusunda keçirilən seminarın ikinci günündəki çıxışında deyib

S.Qaralov bildirib ki, yeni sərhəd keçid məntəqəsi Ağstafa rayonunun Sadıxlı kəndinin ərazisində yerləşəcək və Asiya İnkişaf Bankının dəstəyi ilə inşa olunacaq: “Yeni sərhəd keçid məntəqəsi bütün xidmətləri əhatə edəcək. Buradan həm piyada, həm də minik və yük avtomobilləri istifadə edəcəklər".

Komitə rəsmisi, bildirib k, dövlət qurumları bu məsələ ilə bağlı artıq razılıq veriblər: "Yeni sərhəd keçid məntəqəsinin inşa edilməsi Azərbaycanla Gürcüstan arasında yerləşən “Sınıq körpü” sərhəd keçid məntəqəsindəki sıxlığı 40 faiz aradan qaldıracaq". 
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ