SON DƏQİQƏ
» » “ASAN xidmət” və “ASAN Kommunal”da 4 gün iş olmayacaq

“ASAN xidmət” və “ASAN Kommunal”da 4 gün iş olmayacaq

Tarix:

13-06-2018, 16:49

/ 10 324 dəfə oxundu.
“ASAN xidmət” və “ASAN Kommunal”da 4 gün iş olmayacaq

15-18 iyun tarixlərində Milli Qurtuluş günü və Ramazan bayramı ilə əlaqədar “ASAN xidmət” və "ASAN Kommunal" mərkəzlərində qeyri - iş günüdür.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən Gunaz.az-a verilən məlumata görə, iyunun 19-dan etibarən isə vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.

Qeyd edək ki, hazırda 13 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxtda olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba və Mingəçevirdədir.

Həmçinin Bakı şəhərində əhaliyə kommunal sahədə xidmətlər göstərən 2 “ASAN Kommunal” mərkəzi fəaliyyətdədir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ