SON DƏQİQƏ

Deputat: "Qaçaq Koroğluya heykəl qoymuşuq"

Tarix:

12-06-2018, 22:32

/ 10 442 dəfə oxundu.
Deputat: "Qaçaq Koroğluya heykəl qoymuşuq"

Şəxsən mən “Dəvəçi”nin “Şabran” adlandırılmasının tərəfdarı deyildim, bu gün də onun əleyhinəyəm.

Gunaz.az xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa parlamentdə 15 rayonda yer adlarının dəyişdirilməsi ilə bağlı məsələnin müzakirəsi zamanı deyib.

O qeyd edib ki, buna ehtiyac yox idi:

“Dəvəçi” təmiz türk sözüdür. Amma təəssüf ki, “Dəvəçi”nin adı “Şabran”la əvəzləndi. Eyni zamanda, hesab edirəm, Xanlar rayonun adı “Göygöl”dənsə, “Yelenendorf” olsa, daha yaxşı olardı. Çünki burada uzun illər almanlar da yaşayıb, həmin yerin adı da bir zamanlar belə adlanıb və yenidən almanların, Almaniyanın buraya marağını nəzərə alaraq, belə dəyişikliyə getmək daha düzgün olardı”.

Akademik, Milli  Məclisin (MM) komitə sədri Rafael Hüseynov isə Xanlar rayonunun adının Cavadxan adlandırılmasının daha düzgün olduğunu bildirib:

“Mən o zaman Xanlar rayonunun adı dəyişdirilərkən demişdim ki, bu bölgənin adı “Cavadxan” olsun. Amma çox təəssüflər olsun ki, o zaman bu təklifimi nəzərə almadılar”.

MM-in digər komitə sədri Siyavuş Novruzov da Xanlar rayonunun adının əslində “Yelenendorf” adlandırılmasının düzgün olduğunu söyləyib:

“Burada almanlar yaşayıb, ona da ad veriblər. İndi “Xanlar”ın “Göygöl” adlandırılmasının nə mənası var?! Şəhriyar ən böyük azərbaycanlıdır. Amma “adamı” olmadığı üçün adına bir küçə də yoxdur.

Şah İsmayıl Xətayinin heykəlinin aparıb iki küçənin ortasına qoymuşuq. Amma Qaçaq Koroğluya parkın, şəhərin ən gözəl yerində heykəl qoymuşuq”.

Spiker Oqtay Əsədov isə S. Novruzova iradını bildirib:

“Eposlarımıza sataşma. Koroğlu qaçaq olmayıb”.

скачать dle 12.1

Şərhlər