SON DƏQİQƏ

DİN vətəndaşlara müraciət etdi

Tarix:

12-06-2018, 18:34

/ 10 239 dəfə oxundu.
DİN vətəndaşlara müraciət etdi

DİN nəqliyyat vasitələri sahiblərinin nəzərinə çatdırır ki, xüsusilə havanın qaranlıq vaxtı avtomobillərini parklayarkən, o cümlədən qısa müddətdə tərk edərkən, eləcə də avtoyuma yerlərində və təmir sexlərində saxlayarkən salonda nəzarətsiz qalan qiymətli əşyalar, sənədlər bəzi zəif iradəli, kriminala meyilli şəxslər tərəfindən oğurlana bilər.
Gunaz.az-ın məlumatına görə, Daxili İşlər Nazirliyinin vətəndaşlara müraciətində deyilir ki, belə halların qarşısının alınması üçün sürücülərə tövsiyə olunur ki, pul, telefon və digər qiymətli əşyaları, şəxsi sənədləri avtomobili tərk edərkən özləri ilə götürsünlər və mümkün qədər nəqliyyat vasitələrini diqqətdən və nəzarətdən kənar ərazilərdə deyil, "Təhlükəsiz şəhər" kameralarının əhatə və görüntü dairəsində, küçə və həyətlərin işıqlı ərazilərində saxlasınlar.
скачать dle 12.1

Şərhlər