SON DƏQİQƏ
» » Zaqatalada leysan yağışlar uçquna səbəb oldu, yol bağlandı

Zaqatalada leysan yağışlar uçquna səbəb oldu, yol bağlandı

Tarix:

12-06-2018, 16:56

/ 10 308 dəfə oxundu.
Zaqatalada leysan yağışlar uçquna səbəb oldu, yol bağlandı

Zaqatalada yağan leysan yağışlar nəticəsində dağda uçqun olub.

Ötən gecə yağan intensiv leysan yağışlar nəticəsində rayonun Mazıx kənd inzibati ərazisindəki dağlıq ərazidə qaya və daş parçaları uçaraq ərazidən keçən Zaqatala-Mazıx-Qəbizdərə yolunu bağlayıb.

Yolun bağlanması səbəbindən Qəbizdərə kənd sakinlərinin rayon mərkəzi ilə əlaqəsi 6 saata yaxın kəsilib. Əraziyə cəlb edilən texnika və canlı qüvvə saat 10 radələrində yolda qaya və daş parçalarını təmizləndikdən sonra gediş-gəliş bərpa edilib. (apa)

скачать dle 12.1

Şərhlər