SON DƏQİQƏ
» » Azərbaycanda uçan körpünün fotoları - RƏSMİ AÇIQLAMA

Azərbaycanda uçan körpünün fotoları - RƏSMİ AÇIQLAMA

Tarix:

3-06-2018, 12:29

/ 10 364 dəfə oxundu.
Azərbaycanda uçan körpünün fotoları - RƏSMİ AÇIQLAMA

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ötən gün axşam saatlarında sel suları nəticəsində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçay çayı üzərində yerləşən avtomobil körpüsünün bir hissəsinin uçması hadisəsi ilə bağlı məlumat yayıb.

Gunaz.az xəbər verir ki, Agentliyin mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin verdiyi məlumata görə, uçqun ümumi uzunluğu (yanaşma yolları ilə birgə) 74 metr olan avtomobil körpüsünün sel sularının istiqaməti üzrə sol yanaşma yolunun torpaq yatağının yuyulması nəticəsində baş verib. Uçmuş hissənin uzunluğu təqribən 14-15 metr təşkil edir.

Dərhal əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları cəlb edilib. Körpü ilə hərəkət tam dayandırılaraq alternativ yollara yönəldilib.

Sel sularının axını zəifləyən kimi çay üzərindən alternativ yolun açılması və körpünün bərpası istiqamətində addımlar atılacaq.

 

Azərbaycanda uçan körpünün fotoları - RƏSMİ AÇIQLAMA

 

Azərbaycanda uçan körpünün fotoları - RƏSMİ AÇIQLAMA

 

Azərbaycanda uçan körpünün fotoları - RƏSMİ AÇIQLAMA

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ