SON DƏQİQƏ
» » Səfirlik şəhid ailələri üçün iftar süfrəsi təşkil etdi

Səfirlik şəhid ailələri üçün iftar süfrəsi təşkil etdi

Tarix:

2-06-2018, 22:26

/ 10 378 dəfə oxundu.
Səfirlik şəhid ailələri üçün iftar süfrəsi təşkil etdi

Azərbaycanın Gürcüstandakı səfirliyinin təşəbbüsü ilə Marneuli rayonunda Qarabağ şəhidlərinin ailə üzvləri və yaxınları üçün iftar süfrəsi təşkil olunub.

APA-nın yerli bürosunun məlumatına əsasən, mərasimdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, hərbi attaşe, mayor Fuad İbrahimov və səfirliyin digər əməkdaşları iştirak edib.

D. Həsənov və F. İbrahimov şəhid ailələri ilə söhbət edərək, onların qayğı və problemləri ilə maraqlanıb.

Mərasimdə Qarabağ şəhidlərinin ruhuna dualar oxunub. İftar süfrəsinə qatılanlar diqqət və qayğıya görə Azərbaycan səfirliyinə minnətdarlıqlarını bildiriblər.

 

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ